Goranboyda ağır qəza: Yaralılar var
Bizi izləyin

Hadisə

Goranboyda ağır qəza: Yaralılar var

Mayın 2-də axsam saatlarında Bakı-Qazax magistral yolunun Goranboy rayonu Dəliməmmədli qəsəbəsindən keçən hissəsində ağır yol nəqliyyat qəzası baş verib.

Publika.az-ın Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Fərhad Əsgərovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil yüksək sürrətlə, Goranboy rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Sadıqovun idarə etdiyi eyni markalı avtomobillə toqquşub. Nəticədə 4 nəfər yaralanaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan sürücü Fərhad Əsgərov və onun sərnişinləri, 1976-ci il təvəllüdlü Namiq Əliyev və 1972-ci il təvəllüdlü Canpolad Qafarovun vəziyyətinin ağır olduğu bildirilib.

Digər avtomobilin sürücüsünün vəziyyəti isə orta ağırdır.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.1 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə iş açılıb. Hadisənin dəqiq baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm