Futbol oynamaq istədilər, bıçaqlandılar - Bakıda
Bizi izləyin

Hadisə

Futbol oynamaq istədilər, bıçaqlandılar - Bakıda

Bakının Xəzər rayonunda stadiona futbol oynamağa gedən iki gənc bıçaqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Xəzər Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Belə ki, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbə sakini 1989-cu il təvəllüdlü Əsədullayev Asif Çingiz oğlu və Xəzər rayonunun Mərdəkan qəsəbə sakini 1990-cı il təvəllüdlü Zeynalov Qurban Elşən oğlu arenada futbol oynayan zaman naməlum şəxs və ya şəxslərlə mübahisə edib. Daha sonra hər iki gəncə bıçaq xəsarətləri yetirilib. Hadisədən sonra Əsədullayev və Zeynalov xəstəxanaya yerləşdirilib və onlar əməliyyat olunub.

Hadisənin təfərrüatları və baş vermə səbəblərini müəyyən etmək istiqamətində Xəzər RPİ-də araşdırmalar davam etdirilir.

Report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm