Gəncədə un fabrikində partlayış – FOTOLAR
Bizi izləyin

Hadisə

Gəncədə un fabrikində partlayış – FOTOLAR

Gəncədə “Neon” fabrikinə məxsus taxıl saxlanılan bunkerdə partlayış olub.

Publika.az-ın Qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 16 radələrində baş verib. Hələlik məlum olmayan səbəblərdən baş verən partlayışın gücündən fabrikin bunkerə yaxın hasarının bir qismi uçub, bunkerdə olan 1000 ton taxılın yarısından çoxu yola dağılıb. 2 ədəd işıqlandırma dirəyi aşaraq elekrtik naqillərini sıradan çıxarıb. Həmin əraziyə yaxın avtomobil yolunda maşınların hərəkəti tam dayandırılıb.

Hazırda partlayışın nəticələri aradan qaldırılır, xüsusi texnika vasitəsi ilə taxıl ərazidən yığılaraq təmizlənir.

Partlayış nəticəsində xəsarət alan isə olmayıb.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm