Odessada güllələnən azərbaycanlı tələbələrdən biri öldü
Bizi izləyin

Hadisə

Odessada güllələnən azərbaycanlı tələbələrdən biri öldü

Mayın 1-də Ukraynanın Odessa şəhərində güllələnən azərbaycanlı tələbələrdən biri dünyasını dəyişib.

Publika.az “RBK-Ukrayna” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat katibi Alla Marçenko bildirib.

Xatırladaq ki, hadisə mayın 1-də Odessa şəhərinin Lvov küçəsindəki yataqxananın yaxınlığında baş verib. Sərxoş tələbələr arasındakı dava qanlı bitib. Bolqarıstan vətəndaşı, III kurs tələbəsi olan 3 azərbaycanlı tələbəyə atəş açıb.

Bolqarıstan vətəndaşı hazırda təcridxanadadır. O, gizlənməyə çalışsa da, sonradan saxlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm