Hadisə
Sərhədi pozan 38 nəfər tutuldu, 500 min manatlıq qaçaqmal aşkar edildi
2015-ci ilin aprel ayı ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 38 nəfər saxlanılıb. Onların 24 nəfəri Azərbaycan Respublikası, 6 nəfəri İran İslam Respublikası, 3 nəfəri Özbəkistan, 2 nəfəri Rusiya, hər ölkədən bir nəfər olmaqla Tacikistan, Gürcüstan və Ukrayna vətəndaşları olub.
Publika.az-ın Dövlət Sərhəd Xidmətinə (DSX) istinadən məlumatına görə, sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 6 nəfər, Xəzər dənizində 12 halda 21 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 244 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 20 halda 27 kiloqram 276,8 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Ay ərzində qaçaqmalçılıq fəaliyyətilə məşğul olan 4 cinayətkar dəstə zərərsizləşdirilib, dəstə üzvlərindən 8 nəfəri cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 60 halda ümumi dəyəri təqribən 551 min manat olan qaçaqmalın, o cümlədən 2 ədəd 9 milli metrlik patron, 1 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd optik nişangah, 3.700 ABŞ dolları, 270.000 RF rublı, 11.000 AR manatı, 539.000 İİR rialı, 21 baş iri buynuzlu heyvan, 3 baş at, 2 ədəd zinət əşyası, 3285 qutu siqaret, 13 ədəd mobil telefon, 180 ədəd müxtəlif ölçülü və markalı spirtli içkilər, 2500 metr tor, 4 ədəd qayıq, 1 ədəd mühərrik, 4000 ədəd qarmaq, 15716 ədəd müxtəlif dərman preparatları, 3000 ədəd dini kitab və digər istehlak malları saxlanılıb.
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO