İdmançımız ermənilərlə Tiflisdəki davadan danışdı - VİDEO
Bizi izləyin

Hadisə

İdmançımız ermənilərlə Tiflisdəki davadan danışdı - VİDEO

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən karate üzrə dünya çempionatında Azərbaycan və Ermənistan idmançıları arasında düşən davanın bəzi təfərrüatları məlum olub.

Hadisə idmançımız Turqut Həsənovun erməni idmançı üzərində qələbəsindən sonra baş verib. Gənc idmançı Turqut Həsənov Lent.az-a açıqlamasında təcrübəli erməni idmançısına 2-0 hesabla qalib gəldiyini deyib: “Erməni idmançı ilə görüşdə qalib gəldim. İlk öncə məşqçilər arasında söz-söhbət oldu. Sonra ara qızışdı. Elə döyüş meydanında təxribat xarakterli addımlar atdılar. Amma qarşısı alındı”.

Qeyd edək ki, Turqut Həsənov dünya çempionatın finalında Qazaxıstandan idmançısına məğlub olaraq, gümüş medala yiyələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm