Kütləvi dava qanla bitdi – GƏNCƏDƏ
Bizi izləyin

Hadisə

Kütləvi dava qanla bitdi – GƏNCƏDƏ

Gəncədə kütləvi dava baş verib.

Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, mayın 10-da axşam saatlarında şəhərin Zülfi Hacıyev küçəsində bir qrup şəxs arasında baş vermiş dava zamanı üç nəfər, 21 yaşlı İlqar Abbasov, 30 yaşlı Samir Hacıyev və 20 yaşlı Mehman Əliyev bıçaqlanıb.

Hər üç yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra Mehman Əliyevin xəsarəti yüngül olduğundan evə buraxılıb. Digər yaralılar, Samir Hacıyev sol qolunun və bel nahiyəsinin, İlqar Abbasov isə döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə əməliyyat olunub .

Araşdırma zamanı məlum olub ki, İ.Ağayevi onun həmyaşıdı, 1994-cü il təvəllüdlü Saleh Bağırov bıçaqlayıb. O, saxlanılaraq istintaqa təhvil verilib.
Baş vermiş kütləvi davanın səbəbləri və digər iştirakçıları isə polis tərəfindən araşdırılır.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm