Körpü uçdu, hərəkət məhdudlaşdı
Bizi izləyin

Hadisə

Körpü uçdu, hərəkət məhdudlaşdı

Lənkəranda körpü uçub. Boladi çayı üzərindəki körpünün çökməsi nəticəsində yolda maşınların hərəkəti tamamilə dayanıb.

Lənkəran Şəhər İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, hazırda 42 saylı yol istismar idarəsi tərəfindən həmin ərazidə iş aparılır.

“Dünən axşam saatlarında körpü uçan andan Lənkəran-Boladigah yolu alternativ yol kimi istifadəyə verilib. Lakin hazırda daha bir alternativ yolun istifadəyə verilməsi üçün iş aparılır”.

Körpünün çökmə səbəbinə gəldikdə İcra Hakimiyyətindən bildiriblər ki, o, ötən əsrin 70-ci illərində salınıb. Ola bilər ki, körpünün istifadə müddəti başa çatıb.Lakin dəqiq səbəb araşdırılır. Körpünün çökməsi nəticəsində xəsarət alan olmayıb.

Hazırda ərazidə iş aparan 42 saylı yol istismar idarəsinin baş mühəndisi Möhsüm Həsənov körpünün uçma səbəbinin ağır tonnajlı maşınların hərəkəti ilə əlaqədar olduğunu deyib:

“Körpü 1961-ci ildə salınıb. O, indiki tələblərə uyğun gəlmir. Bundan başqa, onun üzərindən daim ağır tonnajlı maşınlar hərəkət edir. Buna görə də, onun orta tilləri sınıb. Körpünün bərpa olunması üçün Bakıdan nümayəndələrin gəlməsini gözləyirik. Onlar rəy verəndən sonra işlərə başlayacağıq. Hazırda Lənkərən-Masallı yolu istifadəyə verilib. Lakin burada da ağır tonnajlı maşınlar hərəkət edə bilməz. Çünki həmin yolda da, körpü qəzalı vəziyyətdədir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm