Hadisə
Dahi şairimizin nəticəsi külli miqdarda narkotiklə tutuldu - FOTO
Bakıda narkotik maddələrin alqı-satqısında şübhəlı
bilinən şəxs saxlanılıb.
Report-un məlumatına görə, Nizami Rayon Polis İdarəsi
əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Qobustan rayon sakini, 48
yaşlı Samir Tahirzadə saxlanılıb. Onun üzərindən 1 kiloqramdan
artıq narkotik vasitə olan heroin və həşiş aşkar edilib.
S.Tahirzadə narkotik maddələri 1500 manata aldığını, şəxsi
istifadəsi ilə yanaşı, satmaq niyyətində olduğunu bildirib.
O, əvvələr Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum
olunaraq 7 dəfə azadlıqdan məhrum edilib. Sonuncu dəfə ötən il
azadlığa buraxılan S.Tahirzadə barəsində bu dəfə Cinayət
Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop
maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə,
əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə
cinayət işi başlanılıb.
Qeyd edək ki, S.Tahirzadə Azərbaycanın dahi şairi Mirzə Ələkbər Sabirin (Ələkbər Zeynalabdin oğlu Tahirzadə) nəticəsidir.
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...