Bakıda intihar etmək istəyən şəxs xilas olundu
Bizi izləyin

Hadisə

Bakıda intihar etmək istəyən şəxs xilas olundu

Bakıda intihar etmək istəyən şəxs xilas olunub.

Publika.az FHN-ə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin intihara cəhd etmək istəyir.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində məlum olub ki, vətəndaş çoxmərtəbəli binanın eyvanına çıxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm