Bakıda villa yandı
Bizi izləyin

Hadisə

Bakıda villa yandı

Bakıda böyük bir villa yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən vxəbər verir ki, Nərimanov rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 792 kv.m olan ikimərtəbəli, mansarda tipli 7-otaqlı evdə yanğın olub.

Yanğın qısa zamanda evin iki mərtəbəsini bürüyüb. Evin 1-ci mərtəbəsində ev əşyaları 5 kv.m sahədə, 2-ci mərtəbədə ev əşyaları 18 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının səbəbləri məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm