Bakıda toyda kütləvi dava düşüb
Bizi izləyin

Hadisə

Bakıda toyda kütləvi dava düşüb

Bakıda “Şam bağı” restoranında keçirilən toy məclisində kütləvi dava olub.

Axar.az-a verilən özəl məlumata görə, toy mərasimində mübahisə yaranıb. Mübahisə zəminində bəy evindən qonaq olan Nazilə Əsədovaya qız evinin qonağı Fariz Muradov (ad-soyadlar şərtidir) yumruq zərbəsi endirib. Bu zaman məclisdə iştirak edən 700 nəfər qonaq bir-birinə qarışıb, kütləvi əlbəyaxa olub. Şadlıq evinin mühafizəçiləri toy iştirakçılarını sakitləşdirə bilmədiyini görəndə hadisə yerinə polis çağırılıb. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının restorana gəlməsindən sonra kütləvi dava sakitləşdirilib, saxlananlar var.

Qeyd edək ki, “Şam bağı” Nizami rayonu, Çobanzadə küçəsində yerləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm