Bakıda silah-sursat aşkarlanıb
Bizi izləyin

Hadisə

Bakıda silah-sursat aşkarlanıb

Ötən gün axşam saatlarında Bakıda döyüş sursatı aşkarlanıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, paytaxtın Sabunçu rayonunda döyüş sursatı aşkarlanıb. Bu barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər.

Məlum olub ki, bu istifadəyə yararlı 1 ədəd UZRQM markalı əl qumbarasının partladıcısıdır. Sursat aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçiriblər və digər növ şübhəli əşya aşkar etməyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm