9 yaşlı uşaq körpə qardaşını güllələdi - Salyanda
Bizi izləyin

Hadisə

9 yaşlı uşaq körpə qardaşını güllələdi - Salyanda

Ötən gün Salyan rayonunda ailələrin birində dəhşətli faciə baş verib.

Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən saat 20 radələrində rayonun Düzənlik kəndində qeydə alınıb.

Kənd sakini Vüqar Məmmədov oğlanları 3 yaşlı Telman və 9 yaşlı Rəmzi ilə birlikdə atası evinə qonaq gəlib. Uşaqlar oynayarkən Rəmzi babasının köhnə ov tüfəngini götürüb.

Uşaq bilmədən tətiyi çəkib və qardaşını başından güllələyib. Aldığı güllə yarasından 3 yaşlı Telman yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm