İnterpol 115 ölkədə əməliyyat keçirdi
Bizi izləyin

Hadisə

İnterpol 115 ölkədə əməliyyat keçirdi

Baş ofisi Fransanın Lion şəhərində yerləşən Beynəlxalq Polis Təşkilatının (İnterpol) nəzarəti ilə 115 ölkədə genişmiqyaslı əməliyyat keçirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyatın gedişatında internet vasitəsilə satılan 20 milyondan çox saxta dərman müsadirə edilib, 156 nəfər saxlanılıb.

İnterpoldan verilən yazılı açıqlamaya görə, “Pangea VIII” adlı əməliyyat təşkilata üzv ölkələrdə eyni vaxtda başlayıb və 9-16 iyun tarixlərində keçirilib. Açıqlamada müsadirə olunan 20,7 milyon ədəd dərmanın bazar qiymətinin 81 milyon dollar olduğu bildirilib.

Əməliyyat zamanı saxta dərman satan 2 min 414 internet saytı bağlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm