Qatarda özünə od vurdu - FOTOLAR
Bizi izləyin

Hadisə

Qatarda özünə od vurdu - FOTOLAR

Yaponiyada sürətli qatarda yanğın baş verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün yerli vaxtla 11:30-da Tokio və Osaka şəhərlərini birləşdirən Tokaydo-sinkansen xəttində insident baş verib. Belə ki, qəfildən vaqonlardan birinə ağ tüstü dolmağa başlayıb. Qatar dərhal dayandırılıb və sərnişinlər tüstüdən boğulmamaq üçün pəncərə və qapını açaraq qaçmağa başlayıb.

Araşdırma nəticəsində tüstünün yaranma mənbəyi məlum olub. Sən demə, 30 yaşında bir kişi qatarın ayaqyolunda üzərinə benzin tökərək özünü yandırıb. İntihar etməyə cəhd edən kişi aldığı yaraladan keçinib. Qatarın içindəki sərnişinlərdən biri ürək tutması, digəri isə tüstüdən boğularaq ürək vəfat edib. Daha 2 nəfər isə ürək tutması ilə xəstəxanaya aparılıb.

Ümumiyyətlə, xəstəxanaya 20-ə yaxın sərnişin aparılıb. Onlar əsasən boğulmadan şikayət ediblər. Kişinin intihar səbəbləri araşdırılır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm