Moskvada azərbaycanlıların iştirakı ilə kütləvi dava: 3 həmyerlimiz döyüldü
Bizi izləyin

Hadisə

Moskvada azərbaycanlıların iştirakı ilə kütləvi dava: 3 həmyerlimiz döyüldü

Rusiyanın Moskva vilayətinin Domodedovo rayonunda azərbaycanlıların iştirakı ilə kütləvi dava olub.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Ötən gecə təxminən saat 2 radələrində Domodedovo rayonunun Sonino kəndində mağazalardan birinin ətrafında on nəfərin iştirakı ilə dava olub. Üç Azərbaycan vətəndaşı və Özbəkistan vətəndaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər”, - xəbərdə deyilir.

Saxlanılan azərbaycanlılardan birinin yeniyetmə olduğu deyilir. Bıçaq yarası alan Özbəkistan vətəndaşı huşsuz vəziyyətdədir.

Zərərçəkənlər bildiriblər ki, naməlum şəxslərlə yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Onlara hücum edən 5-6 nəfər soyuq silahdan istifadə ediblər. Naməlum şəxslər hadisə yerindən qaçıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm