Gömrükçülər sərhəddə 5 kiloqram narkotik maddə tutdular
Bizi izləyin

Hadisə

Gömrükçülər sərhəddə 5 kiloqram narkotik maddə tutdular

Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycan ərazisinə keçirilməsinə cəhd edilən 5 kiloqram narkotik maddə aşkar edib.

Komitədən Publika.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsi “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasının ərazisindən tranzit keçməklə Ukrayna Respublikasından Azərbaycan Respublikasına gələn Ukrayna Respublikasının vətəndaşı İmanov Şahin Ənvər oğlunun idarə etdiyi “ZAZ SENS” markalı, AE7402CT nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin yük yerində yerləşən qaz yanacağı balonunun içərisindən ümumi xalis çəkisi 5310 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb. Gizlədilən narkotik vasitə 37 ədəd polietilen torbalara bükülərək üzəri yapışqanlı lentlə bərkidilmiş vəziyyətdə olub.

Faktla bağlı DGK İstintaq İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm