17 yaşlı qız özünü bıçaqladı - Şəkidə
Bizi izləyin

Hadisə

17 yaşlı qız özünü bıçaqladı - Şəkidə

Ötən gecə Şəkidə 17 yaşlı qız bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, hadisə rayonun Böyük Dəhnə kəndində baş verib. Kənd sakini 1998-ci il təvəllüdlü Təranə İslam qızı Məmmədova qarın nahiyəsindən aldığı bıçaq xəsarətilə ağır vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlər dərhal xəstəyə yardım göstəriblər və onun həyatı xilas olunub.

Qızın anasının sözlərinə görə, Təranə Məmmədova özü-özünü bıçaqlayıb. Qız anası ilə mübahisə etdikdən sonra mətbəxtə gedib və oradan bıçaq götürərək özünü yaralayıb.

Təranə Məmmədova evin yeganə qızıdır. Onun iki qardaşı var. Ailə başçısı isə Rusiya Federasiyasında işləyir.

T.Məmmədovanın uzun müddətdir əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Qızın dindirilməsindən sonra onun bıçaqlanma səbəbləri dəqiq məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm