Bakıda 82 yaşlı kişi meyiti tapıldı
Bizi izləyin

Hadisə

Bakıda 82 yaşlı kişi meyiti tapıldı

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakının Nizami rayonunda bir nəfərin bağlı qapı arxasında qalması ilə bağlı müraciət daxil olub.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, qapı arxasında qalan şəxs 1933-cü il təvəllüdlü Nuriyev Nuru Bünyad oğlu olub.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. N.Nuriyevin cəsədi aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm