Zaqatala Dövlət Təbiət Qoruğunda çətənə tapıldı
Bizi izləyin

Hadisə

Zaqatala Dövlət Təbiət Qoruğunda çətənə tapıldı

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində Axkimal sahəsinin 7 saylı dolayının 115 nömrəli kvartalında ölçüsü 7x8 metr olan sahədə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən bitki aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Dövlət Təbiət Qoruğunun və Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində keçirilən reyd zamanı aşkarlanıb

Faktla bağlı akt tərtib olunaraq ərazi nəzarətə götürülüb və sözügedən sahəyə foto-video tələ yerləşdirilib. İyulun 3-də əldə edilən video görüntülər nəticəsində ərazidə bir nəfər şübhəli şəxs saxlanılıb.
Qanun pozucusunun şəxsiyyətinin müəyyən olunması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Zaqatala Dövlət Təbiət Qoruğu tərəfindən Balakən rayon polis şöbəsinə müraciət edilib. Faktla bağlı istintaq tədbirləri aparılır.

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində reydlər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm