Hadisə
Bacısını öldürüb, meyitini yandırdı
Hacıqabul rayonunda qətl hadisəsi baş verib.
Hacıqabul rayon Prokurorluğundan APA-nın Mil-Muğan bürosuna verilən xəbərə görə, 1997-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Hadıyev Namaz Mobil oğlu bacısı 1998-ci il təvəllüdlü Hadıyeva Gövhər Mobil qızını qətlə yetirib.
Hadisə iyulun 5-də Bakı-Qazax magistralının 83-cü kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ilə Atbulaq kəndi arasında olan ərazidə qeydə alınıb.
Üzərində 38 bıçaq yarası olan meyit bu gün Bakı-Qazax magistralının kənarında yandırılmış halda aşkarlanıb.
İlkin məlumatlara görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib. Qətlə yetirilən Gövhər Hadıyevanın bir il əvvəl evlərindən çıxdığı, Bakıya gəldiyi və bir daha geri qayıtmadığı bildirilib. O, bir neçə gün əvvəl qardaşı ilə telefonla danışıb və ondan bağışlanmasını istəyib. G. Hadıyeva Bakıdan taksi ilə həmin əraziyə gəlib.
Namaz Hadıyev qeyd olunan ərazidə bacısı ilə görüşüb, onu qətlə yetirib, meyiti yandırandan sonra Bakıya gedərək polisə təslim olub.
Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...