Rəsul Çunayev leytenant, Firdovsi Umudov polkovnik-leytenant oldu
Bizi izləyin

İdman

Rəsul Çunayev leytenant, Firdovsi Umudov polkovnik-leytenant oldu

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qоşun­la­rı­nın Kоmandanı gеnеral-pоlkоvnik Еlçin Quliyеv “Sərhədçi” İdman Olimpiya Mərkəzinin üzvü olub Bakı 2015 Birinci Avropa Oyunlarında iştirak etmiş məşqçi və idmançıları mükafatlandırıb.

Publika.az xəbər verir ki, DSX rəisi tədbirdə iştirak edənlərin bəzilərini vaxtından əvvəl növbəti hərbi rütbələrlə təltif edib. Digərlərinə isə pul mükafatları verilib.

Onlardan sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi Firdovsi Umudova polkovnik-leytenant, güləşçimiz, qızıl medal qazanmış Rəsul Çunayevə və samboçu, gümüş medalçı Vasif Səfərbəyova leytenant rütbələri verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm