Budapeşt də olimpiada keçirməyə iddialıdır
Bizi izləyin

İdman

Budapeşt də olimpiada keçirməyə iddialıdır

Macarıstan Milli Olimpiya Komitəsi Budapeştin 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

Publika.az xəbər verir ki, 2024-cü il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün ərizələrin rəsmi qəbulu yanvarın 15-dən başlayıb və 2015-ci il sentyabrın 15-də başa çatacaq. Beynəlxalq Olimpiya Komitəsi 2017-ci ildə Limada təşkilatın 130-cu sessiyasında Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhəri elan edəcək.

Xatırladaq ki, bundan əvvəl Oyunlara ev sahibliyi etmək üçün Roma (İtaliya), Hamburq (Almaniya), Boston (ABŞ) və Paris (Fransa) şəhərləri namizədliklərini irəli sürüb.

Qeyd edək ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakının 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsi üçün müraciətlə bağlı son qərarın dövlət başçısı tərəfindən veriləcəyini bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm