Stadnik ikinci, Nataliya üçüncü oldu - REYTİNQ
Bizi izləyin

İdman

Stadnik ikinci, Nataliya üçüncü oldu - REYTİNQ

Dünya Güləş Birliyi 2015-ci ilin iyun ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, qadın güləşçilərin reytinq sıralamasında 8 güləşçimizin adı var. Ötən ay Bakıda keçirilmiş ilk Avropa Oyunlarında parlaq qələbələr qazanmaqla qızıl medala sahib olan Mariya Stadnik reytinqdəki mövqeyini yenidən möhkəmlədib. Güləşçimiz siyahıda 2-ci yerdədir. Avropa Oyunlarının bürünc medalçısı Nataliya Sinişin 55 kq çəki dərəcəsində üçüncü pilləyə yüksəlib. Bundan əvvəlki ayın reytinq siyahısında adı olmayan Anjela Doroqan Avropa Oyunlarında qazandığı qızıl medalın hesabına birbaşa olaraq reytinqin 9-cu pilləsində yer alıb. U-23 Avropa çempionatının qalibi Alyona Kolesnik isə, bir pillə irəliləyərək 4-cü yerə yüksəlib. Güləşçilərimizdən yalnız Yuliya Ratkeviçin mövqeyində geriləmə qeyd edilib və o, 9-cu pillədə qərarlaşıb.

48 kq

2. Mariya Stadnik - Avropa Oyunları 1-ci yer (2)

53 kq

9. Anjela Doroqan - Avropa Oyunları 1-ci yer (nr)

55 kq

3. Nataliya Sinişin - Avropa Oyunları 3-cü yer (13-60)

4. Alyona Kolesnik - U-23 AÇ 1-ci yer (5)

58 kq

11. İrina Netreba - Avropa Oyunları 5-ci yer (nr)

60 kq

9. Yuliya Ratkeviç - DÇ 2-ci yer (5)

69 kq

18. Nadya Muşka - Dan Kolov turniri 2-ci yer (15)

75 kq

20. Səbirə Əliyeva - Gənclərin Avropa çempionatı 1-ci yer (nr)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm