DÇ-2018: Səbətlər məlumdur
Bizi izləyin

İdman

DÇ-2018: Səbətlər məlumdur

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayandan sonra DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin püşkatması zamanı yığmaların yer alacağı səbətlər müəyyənləşib.

Publika.az xəbər verir ki, qitənin 52 yığmasının səbətlərdəki tərkibi yeni reytinq siyahısından sonra dəqiqləşib. Əsasnaməyə uyğun olaraq, püşk zamanı Avropa milliləri 6 səbətə bölünəcək. Bunların 5-də 9, sonuncuda 7 yığma yer alacaq.

DÇ-2018-in meydan sahibi Rusiya və FİFA-nın üzvü olmadığından yarışa buraxılmayan Cəbəllütariqdən başqa, UEFA-ya daxil olan bütün ölkələr seçmə mərhələdə iştirak edəcək. Onlar səbətlərə FİFA reytinqindəki sıralamaya əsasən bölünəcək.

Rusiya nəzərə alınmamaqla, Avropanın 9 ən yaxşısı 1-ci, 10-18-ci yerlərdə qərarlaşanlar 2-ci, 19-27-ci pillələrdəkilər 3-cü, 28-36-cı yerdə olanlar 4-cü səbətə daxil ediləcək.

Bugünkü siyahıda 108-ci, UEFA təmsilçiləri arasında 43-cü olan Azərbaycan isə 5-ci səbətdə yer alacaq. Burada Avropa yığmaları arasında 37-45-ci olanlar qərarlaşacaq. Son 7 yerin sahibi isə 6-cı səbətə daxil ediləcək.

Püşk komandaları yeddisində altı, ikisində beş komanda olmaqla 9 qrupa böləcək.

1-ci səbət

Almaniya, Belçika, Hollandiya, Portuqaliya, Rumıniya, İngiltərə, Uels, İspaniya, Xorvatiya

2-ci səbət

Avstriya, Slovakiya, İtaliya, İsveçrə, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina

3-cü səbət

Ukrayna, Şotlandiya, Polşa, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Serbiya, Yunanıstan

4-cü səbət

Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Monteneqro, Estoniya

5-ci səbət

Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, AZƏRBAYCAN, Litva, Moldova

6-cı səbət

Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San-Marino, Andorra

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin püşkatma mərasimi iyulun 25-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm