“Real” İskonu satmadı
Bizi izləyin

İdman

“Real” İskonu satmadı

“Yuventus”un istədiyi İsko üçün italyanlara “yox” cavabı verən “Real” “Çelsi”nin də təklifini rədd edib.

Publika.az xəbər verir ki, “Çelsi” orta sahə oyunçusu Oskarın “Yuventus”un hədəfinə çevrilməsindən sonra yarımmüdafiəçi problemini həll etmək üçün gözünü İskoya dikib. “Mirror”un yazdığına görə, London klubu ispan yarımmüdafiəçi üçün “Real”a 20 milyon funt-sterlinq təklif edib.

Amma Xames Rodriges və Qaret Beylin zədəli olduğu müddətdə Madrid komandasının orta sahəsinin yükünü daşıyanlardan olan İskoya görə “Kral klubu” “Çelsi”yə “yox” cavabı verib.

“Real”ın yeni baş məşqçisi Rafael Benites də İskonun komandada qalmasını istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm