“Kobra” Çində döyüşəcək
Bizi izləyin

İdman

“Kobra” Çində döyüşəcək

“Kobra” ləqəbli Pərviz Abdullayev iyulun 14-də Çin Xalq Respublikasına yola düşür.

Publika.az xəbər verir ki, iyulun 18-də Çinin Nanjinq şəhərində kikboksinq üzrə reytinq xarakterli peşəkar “Kunlun Fight Series” turniri keçiriləcək.

Turnirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, “Qəbələ” İdman Klubunun idmançısı, təcrübəli azərbaycanlı kikboksçu “Kobra” ləqəbli Pərviz Abdullayev ölkəmizi təmsil edəcək.

İdmançımızın 75 kiloqram çəki dərəcəsində rəqibi yerli idmançı Aorigele olacaq. Kikboks üzrə beşqat dünya çempionu, “Kobra” ləqəbli azərbaycanlı döyüşçü Pərviz Abdullayev keçirdiyi 41 doyüşündən 38-də qalib gəlib, bunlardan 13-ü nokautla bitib.

Bu haqda danışan Pərviz Abdullayev müsahibəsində bildirib ki, artıq bir neçə aydı məşqçisi Mehman Umudov və FHN-nin rəisi, polkovnik Fizuli Musayevin rəhbərliyi altında hazırlaşır. Həmçinin idmançı mütəmadi olaraq, “12 May Cobra” kikboks idman cəmiyyətinin təşkilatçılığı ilə keçirilən məşqlərdə də iştirak edib.

Qeyd edək ki, may ayında keçirilmiş yarışda “Kobra” rəqibinə 2 dəqiqəyə nokautla qalib gəlmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm