“Neftçi”nin baş məşqçisi “məğlubiyyət”ə aydınlıq gətirdi
Bizi izləyin

İdman

“Neftçi”nin baş məşqçisi “məğlubiyyət”ə aydınlıq gətirdi

“Neftçi”nin baş məşqçisi Samir Əliyev “Mladost”la Avropa Liqasının cavab oyunuyla (1:1) bağlı fikirlərini bildirib.

Publika.az xəbər verir ki, baş məşqçi təcrübəsizlikdən gileylənib:

“Rəqib xüsusi oyun göstərmədi, nəticəyə oynadılar, qapandılar. Bizə gəlincə, meydanda gənclərimizi gördünüz. Təcrübəsizlikləri öz sözünü dedi, qol imkanlarından yararlana bilmədilər. İki həftə hazırlıq keçmişik, bununla belə, gənclərimizə güvənmək olar, gələcəkdə böyük işlər görə bilərik. Futbolçulardan razıyıq, onlara təşəkkürümü bildirirəm. Komandamız hər iki görüşdə üstün oynadı”.

Qeyd edək ki, Bakıdakı oyunda 2:2 hesablı heç-heçəyə razılaşan bu klublar Podqoritsada 1:1 oynayıblar. Nəticədə, növbəti mərhələyə Çernoqoriya klubu çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm