"İnter"in bolqar prezidenti bayrağımızı öpüb niyə ağladı? - VİDEO
Bizi izləyin

İdman

"İnter"in bolqar prezidenti bayrağımızı öpüb niyə ağladı? - VİDEO

Avropa Liqasının I təsnifat mərhələsində Albaniyanın "Laçi" klubu ilə qarşılaşan Bakı "İnter"i ardıcıl dördüncü dəfə növbəti mərhələyə yüksəlməyin sevincini yaşayır.

Publika.az dsport.az-a istinadən xəbər verir ki, maliyyə problemi ilə üzləşən paytaxt təmsilçisinin prezidenti Georgi Nikolov “Laçi” ilə cavab matçından sonra sevincini Azərbaycan bayrağı ilə qeyd edib.

Bayrağımızla stadionda dövrə vuran bolqarıstanlı iş adamı gözyaşlarını saxlaya bilməyib.

Xatırladaq ki, dünən Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib. Turnirdə Azərbaycanı təmsil edən "İnter" doğma meydanda Albaniyanın "Laçi" klubunu sınağa çəkib. "İnter Arena"da keçirilən qarşılaşmada hesab açılmayıb. Albaniyadakı ilk oyun 1:1 hesabı ilə başa çatdığından "İnter" səfər qolunun hesabına mərhələ keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm