Azərbaycan boksçuları beynəlxalq turniri 14 medalla başa vurublar
Bizi izləyin

İdman

Azərbaycan boksçuları beynəlxalq turniri 14 medalla başa vurublar

Şağan Olimpiya İdman Kompleksində boks üzrə "Böyük İpək Yolu" beynəlxalq turnirinə yekun vurulub.

Şağan Olimpiya İdman Kompleksində boks üzrə "Böyük İpək Yolu" beynəlxalq turnirinə yekun vurulub.

Publika.az Azərbaycan Boks federasiyasına istinadən məlumat verir ki, Azərbaycan komandası yarışı 4 qızıl, 1 gümüş və 9 bürünc medalla başa vurub. Son ölkə çempionu Tural Əhmədov beynəlxalq turnirdə də 1-ci yerə layiq görülüb. Milli komandamızın üzvü finalda Qırğızıstan idmançısı Bektur Otoqonovu məğlub edib.

Lorenzo Sotomayor da (64 kq) yarışı 1-ci yerdə başa vurub. Kuba əsilli boksçumuz həlledici görüşdə Gürcüstan idmançısı İrakli Melikaşvilini üstələyib.

İlk dəfə Azərbaycan bayrağı altında beynəlxalq turnirdə iştirak edən Jaba Xositaşvili (75 kq) bütün rəqiblərindən üstün olub. "Baku Fires" klubunun digər üzvü Denis Latipov (91+kq) isə finala vəsiqə qazansa da, yarımfinalda idmançıya yaraşmayan hərəkət etdiyindən diskvalifikasiya olunub.

49 kq

Denis Kozaruk (Ukrayna) - Turat Osmonov (Qırğızıstan) - T.Osmonov qalib gəlib

52 kq

Zarid Jumayev (Türkmənistan) 0: 3 Oldjas Satibayev (Qazaxıstan)

56 kq

Tural Əhmədov (Azərbaycan) 2: 1 Bektur Otoqonov (Qırğızıstan)

60 kq

Aşxat Nametkerim (Qazaxıstan) 0: 3 Zakir Safiullin (Qazaxıstan)

64 kq

İrakli Melikaşvili (Gürcüstan) 0: 3 Lorenzo Sotomayor (Azərbaycan)

69 kq

İqor Xaritonov (Rusiya) 3: 0 Qela Abaşidze (Gürcüstan)

75 kq

Tomas Pivorun (Litva) 0: 3 Kamran Şahsuvarlı (Azərbaycan)

81 kq

Jaba Xositaşvili - Dauren Yelusinov (Qazaxıstan) - J.Xositaşvili qalib gəlib

91 kq

Tadas Tamaşkauskas (Litva) 2: 1 Heydər Heydərov (Azərbaycan)

91+kq

Denis Latipov (Azərbaycan) - Mixail Baxtidze (Gürcüstan) - D.Latipov diskvalifikasiya olunub

Oxumağa davam et
Reklam
Reklam

Gündəm