Arbitraj məhkəməsi "Qarabağ"ın futbolçusunu sevindirdi
Bizi izləyin

İdman

Arbitraj məhkəməsi "Qarabağ"ın futbolçusunu sevindirdi

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) AÇ-2016-nın seçmə mərhələsində baş tutan Serbiya - Albaniya oyunu ilə bağlı qərar verib.

Publika.az хəbər verir ki, məhkəmə UEFA-nın Albaniyaya 0:3 hesablı texniki məğlubiyyət verməsi ilə bağlı qərarını ləğv edib.

Əvəzində CAS Serbiya yığmasına 0:3 hesablı teхniki məğlubiyyət verib. Bu qərardan sonra Albaniya yığması turnirdə keçirdiyi 4 oyundan sonra xalını 10-a yüksəldib və 3-cü pillədəki yerini möhkəmlədib. 3 xalı silinən Serbiya millisi isə 1 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, ötən ilin oktyabr ayında İ qrupunda keçirilən Serbiya - Albaniya matçının 44-cü dəqiqəsində pultla idarə olunan mini helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağı meydançaya endirilib. Serbiyalı müdafiəçi Stefan Mitroviçin həmin bayrağı yığışdırmaq istəməsindən sonra iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunu yarımçıq dayandırıb.

Həmin qarşılaşmanın iştirakçıları arasında "Qarabağ"ın futbolçusu Ansi Aqolli də olub. Albaniya yığmasının üzvü start heyətində yer alıb və 34-cü dəqiqədə sarı vərəqə alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm