UEFA reytinqində 1 pillə irəli
Bizi izləyin

İdman

UEFA reytinqində 1 pillə irəli

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

I təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda müəyyən dəyişiklik baş verib.

Azərbaycanın reytinqdəki mövqeyində irəliləyiş olub. Birinci təsnifat mərhələsinin cavab oyununda heç-heçə edən "İnter" və "Neftçi" hərəyə 0,125, "Qəbələ" isə qalib gəlməklə reytinqimizə 0,250 xal qazandırıb.

Bununla da, son 5 mövsümün nəticəsinə əsasən xalını 11,250-yə yüksəldən Azərbaycan reytinq siyahısında 1 pillə irəliləyərək 28-ci yerdə qərarlaşıb. Bu nəticə ilə Azərbaycan Serbiyanı 0,125 xal qabaqlamağı bacarıb.

Qeyd edək ki, siyahıya 84,070 xalla İspaniya başçılıq edir. Almaniya ikinci, İngiltərə isə üçüncü pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm