"Qəbələ" yaxşı komandadır" – "Çukariçki"nin futbolçusu
Bizi izləyin

İdman

"Qəbələ" yaxşı komandadır" – "Çukariçki"nin futbolçusu

"Domjale" yaxşı rəqib idi, ancaq onlar mərhələ keçmək şanslarını əldən verdilər. Əsas odur ki, biz iki oyunda qapımızdan top buraxmadıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Çukariçki" klubunun müdafiəçisi Rayko Brezançiç Serbiya mətbuatına açıqlamasında deyib.

25 yaşlı futbolçu Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə oyuna da toxunub: "Növbəti rəqibimiz "Qəbələ"dir. Onlar haqda ətraflı məlumatımız yoxdur. Ancaq "Qəbələ"nin yaxşı komanda olduğunu bilirik. İlk oyunu evdə keçirəcəyik. Azərbaycandakı cavab matçına üstünlüklə yollanmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, iyulun 16-da Serbiyada keçiriləcək "Çukariçki" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm