Nəhənglərin turniri başladı
Bizi izləyin

İdman

Nəhənglərin turniri başladı

Avropanın bir neçə nəhəng klubunun da qatıldığı Beynəlxalq Çempionlar Kuboku start götürüb.

Publika.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında keçirilən ilk oyunda yerli "Los Anceles Qalaksi" Meksika "Amerika"sıyla qarşılaşıb. Matç ABŞ təmsilçisinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

Beynəlxalq Çempionlar Liqası iyulun 11-dən avqustun 5-dək davam edəcək. Turnirdə "Real", "Barselona" (İspaniya), "İnter", "Milan", "Roma", "Fiorentina" (İtaliya), "Mançester Yunayted", "Mançester Siti" (İngiltərə), PSJ (Fransa) və "Benfika" (Portuqaliya) kimi Avropanın samballı klublarıyla yanaşı, Şimali Amerikanın "Los Anceles Qalaksi", "Nyu York Red Bulls", "San Xose" (ABŞ) və "Amerika" (Meksika) klubları da çıxış edəcək.

Beynəlxalq Çempionlar Kubokunun oyunları 7 ölkədə baş tutacaq (Çin, ABŞ, Avstraliya, Kanada, İtaliya, İngiltərə, Meksika).

2013-cü ildə əsası qoyulan turnirin ilk qalibi Madrid "Real"ı olmuşdu. Turnirin son çempionu isə "Mançester Yunayted"dir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm