Referimiz ermənilərin oyununa təyinatından danışdı
Bizi izləyin

İdman

Referimiz ermənilərin oyununa təyinatından danışdı

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev Ermənistanın "Alaşkert" komandasının Qazaxıstan "Kayrat"ı ilə oyununa təyinat alıb.

A.Xudiyev Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununa təyinat almasını Report-a şərh edib.

Onun sözlərinə görə, Qazaxıstan və Ermənistan təmsilçilərinin görüşündə ardıcıl ikinci il iş başında olacaq. “İlk dəfə keçən il “Astana” – “Pünik” oyununda idim. Yenidən təyinat almağımı təsadüfi sayıram. Amma mənim oyuna aidiyyətim yoxdur. Nəticə də məni maraqlandırmır. Çünki yalnız hakimlərin işinə qiymət verirəm. Oyunda kimin qələbə qazanıb, kimin uduzacağı ilə maraqlanmıram. İşim hakimləri qiymətləndirməkdir”, - deyə FİFA referisi bildirib.

O, iyulun 16-da Almatıda keçiriləcək matça bir gün tez yollanacağını əlavə edib.

Qeyd edək ki, Asim Xudiyev rusiyalı hakimlər briqadasının işini qiymətləndirəcək. Matçın baş hakimi Sergey İvanov, yan xətt hakimləri Vyaçeslav Semyonov və Valeri Dançenko, dördüncü hakim Kirill Levnikov olacaq. UEFA nümayəndəsi isə belaruslu Sergey İlyiçdir. "Kayrat" - "Alaşkert" matçı Bakı vaxtı ilə saat 19:45-də başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm