Biri yeni həyat üçün Türkiyəyə gəldi, biri isə qaçdı - FOTOLAR
Bizi izləyin

İdman

Biri yeni həyat üçün Türkiyəyə gəldi, biri isə qaçdı - FOTOLAR

Sosial şəbəkələr idman dünyasının ulduzlarının da gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Məşhurlar sosial şəbəkələr vasitəsilə pərəstişkarları ilə əlaqə saxlayır, onların fikirlərini öyrənir, öz düşüncələrini bölüşürlər.

Təbii, ulduzların sosial şəbəkədəki sevimli “oyun”larından biri də şəkillər paylaşmaqdır. Dünya idmanının tanınmış simaları təkcə öz şəkilləri ilə diqqət çəkmirlər. Onlar ən müxtəlif mövzuları özündə əks etdirən şəkillər paylaşırlar. Ötən həftə də istisna olmadı. Dünya ulduzları “instaqram”da müxtəlif mənalar kəsb edən şəkillər paylaşdılar.

Publika.az ötən həftə idman ulduzlarının paylaşdığı ən maraqlı fotoları təqdim edir:

Xalk - Heç olmasa, Rusiyada da olsa titul qazanıram.

Serena Uilymas - Bu titulu qaytardım, indi “Böyük dəbliqə”ni qazanmaq lazımdır.

Novak Cokovic - “Uimbldon” turnirini iki dəfə dalbadal qazanmaq hər oğulun işi deyil.

Robin van Persi - Yeni həyat başlayır. Təyyarə onu və ailəsini İstanbula gətirib.

Ronaldinyo - Onu Türkiyədə gözləyirdilər. O isə “Fluminense”li oldu.

Kriştiano Ronaldo - Bu da məşq etdiyim ayaqqabılar. Ucuz deyil ha…

Devid Bekhem - “Uimbldon”da ana ilə birgə olmaq əladır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm