Onu da “şeytan” etdilər
Bizi izləyin

İdman

Onu da “şeytan” etdilər

“Mançester Yunayted” klubu yeni futbolçuyla heyətini gücləndirmək qərarına gəlib. “Qırmızı şeytanlar” “Sautqempton”un fransalı yarımmüdafiəçisi Morqan Şnayderlinlə anlaşıb. Mankunianlar 25 yaşlı futbolçu üçün “müqəddəslər”ə 25 milyon funt-sterlinq ödəyiblər.

Publika.az xəbər verir ki, Şnayderlin 2008-ci ildən “Sautqempton”un şərəfini qoruyur. “Strasburq”dan 1,2 milyon funt-sterlinqə transfer edilən futbolçu 7 il ərzində “qırmızı-ağlar”ın heyətində çıxdığı 260 matçda 15 qola imza atıb.

Bu, “Mançester Yunayted”in mövsümlərarası fasilədə rəsmiləşdirdiyi 4-cü transferdir. Mankunianlar Şnayderlindən öncə Memfis Depay, Bastian Şvaynştayger və Matteo Darmianın transferini rəsmiləşdirmişdi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm