Maradona: “Messini zorlamadılar”
Bizi izləyin

İdman

Maradona: “Messini zorlamadılar”

Dünya futbolunun əfsanəsi Dieqo Maradona Argentinanın futbol üzrə milli komandasının kapitanı Lionel Messini tənqid edib.

Publika.az “Sport.es” saytına istinadən xəbər verir ki, Maradonanın fikrincə, hücumçu ona göstərilən zərif münasibət nəticəsində ərköyünləşib.

“Milli komandanın bütün futbolçularına eyni münasibət olmalıdır. Messini öldürmədilər, zorlamadılar, bütün baş verənlərdən faciə düzəltmək lazım deyildir”, - Maradona bildirib.

Maradona vurğulayıb ki, onun söylədikləri Messinin oyununun yaxşılaşmasına yönələn konstruktiv tənqiddir.

Qeyd edək ki, Argentina yığması “Amerika-2015” Kubokunun 4 iyul tarixində keçirilən final oyununda Çiliyə məğlub olduqdan sonra Messi milli komandada çıxışında fasilə verməyə qərar verib. Messi turnirin ən yaxşı futbolçusu kimi ona verilən mükafatdan da imtina edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm