“Fənərbağça”dan 100 milyonluq saziş – Tarixi dəyişiklik olacaq
Bizi izləyin

İdman

“Fənərbağça”dan 100 milyonluq saziş – Tarixi dəyişiklik olacaq

Mövsümlərarası fasilədə etdiyi transferlərlə - Nani, Robin van Persi kimi oyunçularla gündəmdən düşməyən “Fənərbağça” stadionunun adını dəyişdirmək qərarına gəlib.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "bülbüllər" komanda Şükrü Saracoğlu stadionunun adının dəyişdirilməsiylə bağlı "Ülker" şirkətiylə razılığa gəlib.

Razılığa əsasən stadion növbəti mövsümdən etibarən qarşıdakı 10 il müddətinə “Fənərbağça Ülkər Arena” adlanacaq. İstanbul klubu 10 illik anlaşmaya görə 100 milyon dollar qazanacaq.

Qeyd edək ki, klubun basketbol komandası üçün yeni tikilmiş kompleksi də “Ülkər Sports Arena” adlanır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm