Gözlər mərkəzi stadionda olacaq - “Qarabağ” “Rudar”a qarşı
Bizi izləyin

İdman

Gözlər mərkəzi stadionda olacaq - “Qarabağ” “Rudar”a qarşı

ÇL-də II təsnifat mərhələsinin ilk oyunları başa çatacaq.

Publika.az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ” bu gün qitənin ən nüfuzlu turnirində ilk görüşünə çıxır.

Ağdam klubu doğma meydanda Monteneqro çempionu “Rudar”ı qəbul edəcək.
Tarixində ikinci dəfə Çempionlar Liqasında iştirak edən Ağdam təmsilçisi ən azı ötənilki uğurunu təkrarlamaq istəyinə düşüb.

Elə Qurban Qurbanov da keçirdiyi mətbuat kionfransında bu görüşlə bağlı belə fikir bildirmişdi:

“Çalışmışam ki, heç vaxt oyun tərzini dəyişməyim. Əksinə, mövcud sistemi bir qədər də təkmilləşdirmək istəyirəm. Yeni oyunçulara da bunu başa salıram. Həmişə rəqiblərə hörmət edirik. Ancaq görəcəksiniz ki, bu komanda topla necə davranır. Həm də bizi yaxşı analiz ediblər. Biz həmişə düzünü deməyə çalışırıq”.

Xatırladaq ki, ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyən və hakim haqsızlığı ilə üzləşmiş, mübarizəni dayandırmışdı. İndi komandamız yenidən azarkeşlərə bu sevinci yaşada bilər. Bunun üçün isə “atlılar” ilk növbədə “Rudar”ı keçməlidir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:30-da başlayacaq.

15 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu
21:30. “Qarabağ” (Azərbaycan) – “Rudar” (Monteneqro)
Baş hakim:
Sebastyan Koltesku (Rumıniya)
Tofiq Bəhramov adına Respublika stadionu

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm