“Qəbələ”–“Çukariçki” oyununu çexiyalı hakimlər idarə edəcək
Bizi izləyin

İdman

“Qəbələ”–“Çukariçki” oyununu çexiyalı hakimlər idarə edəcək

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qəbələ” futbol klubunun Serbiyanın “Çukariçki” komandası ilə cavab oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Publika.az-ın məlumatına görə, iyulun 23-də “Bakcell Arena”da keçiriləcək qarşılaşmanı çexiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Radek Prjixoda olacaq. Ona həmyerliləri İvo Nadvornik, Yakub Qrabovski və Pavel Orel kömək edəcəklər. Görüşün UEFA üzrə nümayəndəsi Per Svard (İsveç), hakim-inspektoru isə isveçrəli Andreas Şluxter olacaq.

Oyunun qalibinin növbəti təsnifat mərhələsindəki potensial rəqibi də bəlli olub. İsveçrənin Nyon şəhərindəki püşkatmanın nəticələrinə əsasən, “Qəbələ” – “Çukariçki” qarşılaşmasının qalibi iyulun 30-da və avqustun 6-da keçiriləcək üçüncü təsnifat mərhələsində “Apollon” (Kipr) – “Trakai” (Litva) oyununun güclüsü ilə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm