"Qəbələ"nin idmançısı rəqibini iki dəfə naqdauna saldı
Bizi izləyin

İdman

"Qəbələ"nin idmançısı rəqibini iki dəfə naqdauna saldı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun idmançısı Pərviz Abdullayev kikboks yarışlarında növbəti qələbəsini qazanıb.

Publika.az xəbər verir ki, 5 qat dünya çempionu idmançı Çinin Nanjinq şəhərində keçirilən “Kunlun Fayt Series” turnirindən qalib ayrılıb.

75 kiloqram çəki dərəcəsində çıxış edən Abdullayev kikboksinq üzrə reytinq xarakterli döyüşdə yerli idmançı Aorigele ilə qarşılaşıb. İdmançılar hər biri 3 dəqiqədən ibarət olan 3 raundda qüvvələrini sınamalı idilər. Ancaq təmsilçimiz qarşılaşmanın taleyini ikinci hissədə həll edib. Asiyalı rəqibini iki dəfə naqdauna salan Abdullayev 39-cu qələbəsini qazanıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm