"Barselona" azarkeşlərində inam qalmadı
Bizi izləyin

İdman

"Barselona" azarkeşlərində inam qalmadı

"Barselona" azarkeşlərində inam qalmadı

"Barselona" azarkeşləri çempionluğa olan inamını itirib. Publika.az xəbər verir ki, komandanın son turda "Valyadolid"ə yenilməsi fanatların inamının tükənməsinə səbəb olub.

"El Mundo Deportivo" qəzetinin Barselonada keçirdiyi sorğunun nəticələri maraqlı olub. Sorğuda iştirak edənlərin 69 faizi uğursuzluğa görə futbolçuları, 31 faizi isə baş məşqçi Tata Martinonu günahlandırıb.

İştirakçıların 90 faizi "Barselona"nın çempion olmayacağına inanır.

Cəmi 10 faiz isə hələ ümidini itirməyib.

Azarkeşlər "Valyadolid" matçının ən pis oyunçusunu da seçib. Soğru iştirakçılarının 56 faizi Neymarın ən zəif oyun sərgiləyən futbolçu olduğunu düşünür. 27 faiz isə Lionel Messinin zəif olmasına səs verib.

Qeyd edək ki, 27 turda 63 xal toplayan "Barselona" lider "Real"dan 4 xal geri qalır. Bu komandalar La Liqanın XXIX turunda qarşılaşacaq və bu matç çempionluğun taleyini böyük ölçüdə həll edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm