Premyer Liqanın püşkü atıldı - “Neftçi” - “Kəpəz” “savaş”ı
Bizi izləyin

İdman

Premyer Liqanın püşkü atıldı - “Neftçi” - “Kəpəz” “savaş”ı

Bu gün Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün püşkatması baş tutub.

Publika.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən mərasimdə I turun təqvimi bəlli olub.

2015/16 mövsümü 10 klubun iştirakı ilə baş tutacaq. Ötən mövsümkü 7 komandaya I diviziondan gəlmiş "Kəpəz"lə "Zirə" əlavə olunub, həmçinin püşkatmada növbəti mövsümdə iştirak etməyəcək Zaqatala "Simurq"unu keçən mövsüm birinci divizionda 3-cü yeri tutmuş "Rəvan" əvəz edib. İlk turun oyunları avqustun 8-9-da keçiriləcək.

I turda 8 qat ölkə çempionu yenidən Premyer Liqaya qayıdan 3 dəfə ölkə çempionu olmuş “Kəpəz”lə qarşılaşacaq. “Qarabağ” “Qəbələ”ni sınağa çəkəcək.

Püşkatma mərasimində PFL-in prezidenti Ramin Musayev jurnalistlərə açıqlama verib:

“Çempionatın reqlamenti dəyişmir. Yenə də 10 komandalı, 4 dövrəli çempionat keçiriləcək. Yerli oyunçulara diqqət ayırmalıyıq. Milli komandanın yaxşı çıxışı üçün də bu vacibdir”.

Premyer Liqa

2015/16 mövsümü

I tur

Qəbələ - Qarabağ

Zirə - AZAL

Neftçi - Kəpəz

Xəzər Lənkəran - İnter

Rəvan - Sumqayıt

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm