“Köhlən atlılar”ın növbəti sınağı
Bizi izləyin

İdman

“Köhlən atlılar”ın növbəti sınağı

Bu gün Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları baş tutacaq. Publika.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində bu mövsüm yenə ölkəmizi "Qarabağ" təmsil edir.

Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən start verib. Bölgə təmsilçisinin startdakı rəqibi Çernoqoriya "Rudar"ıdır.

Bakıdakı oyunda rəqibin müqavimətini qıra bilməyən Qurban Qurbanovun komandası növbəti mərhələyə vəsiqəni cavab görüşü ilə təmin etməli olacaq.

Çempionlar Liqası

İkinci təsnifat mərhələsi (cavab oyunu)
22 iyul

23:45. "Rudar" - "Qarabağ"
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
Petrovaç. "Pod Malim Brdom" stadionu

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm