“Nəticə nə olursa olsun, “Qarabağ”ın arxasındayam”
Bizi izləyin

İdman

“Nəticə nə olursa olsun, “Qarabağ”ın arxasındayam”

“Qarabağ” “Seltik”ə qarşı layiq olduğu şəkildə mübarizə aparacaq”.

Publika.az xəbər verir ki, bu fikri Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəl klubun rəsmi saytına danışarkən deyib.

“Qarabağ”ın vitse-prezidenti dünənki qələbəyə toxunmaqla yanaşı, Çempionlar Liqasının növbəti təsnifat mərhələsində "Seltik"lə keçiriləcək oyunlara da münasibət bildirib.

“Komandamın oyununu həyəcanla izlədim. Hələ Bakıdakı ilk matçdan sonra rəqibin müdafiə olunduğunu və Monteneqroda “Qarabağ”ın növbəti mərhələyə çıxacağına inandığımı bildirmişdim. Göründüyü kimi, komandamız oyunboyu hücumda oynadı, nəticə qazanmaq üçün əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Komandamızın məzmunlu oyununu Reynaldo vurduğu gözəl qolla tamamladı. Braziliyalı forvard xarakter nümayiş etdirərək, nə qədər önəmli oyunçu olduğunu göstərdi. Komandam ən yaxşısını nümayiş etdirərək, növbəti mərhələyə yüksəlməyi haqq etdi”.

Təbii ki, “Seltik” dünyanın ən tanınmış komandalarından biridir. Son illərdə ölkəsinin dəyişməz çempionudur. Məlum olduğu kimi, ilk oyun Şotlandiyada olacaq. Böyük Britaniyaya viza alınması bir qədər çətin prosesdir.

Krallığın ölkəmizdəki səfirinə göstərdiyi həssaslığa görə öz təşəkkürümü bildirirəm. Qısa zamanda viza alınması üçün köməyini əsirgəmədi. “Qarabağ” daha bir dünya nəhəngini Bakıya gətirəcək. Təbii ki, mən hər zaman olduğu kimi, komandama inanıram. “Qarabağ” “Seltik”ə qarşı layiq olduğu şəkildə mübarizə aparacaq. “Qarabağ”ın uğuru Azərbaycanın uğurudu. “Seltik”lə mübarizə hamımız üçün maraqlı çağırış olacaq. “Qarabağ” hər zaman öz duruşunu qoruyacaq. Nəticə nə olursa olsun, mən komandamın arxasındayam”.

Xatırladaq ki, “Qarabağ” “Rudar”la oyunda qalib gələrək növbəti mərhələyə adlayıb. “Köhlən atlılar” bu mərhələdə Şotlandiyanın “Seltik” komandası ilə qarşılaşacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm