Vitse-Prezident: “Komandamıza çox güvənirdik”
Bizi izləyin

İdman

Vitse-Prezident: “Komandamıza çox güvənirdik”

Xəbər verdiyimiz kimi, Bakıda Serbiyanın “Çukariçi” klubuna 2 cavabsız qolla qalib gələn “Qəbələ” iki oyunun nəticəsinə görə (2:1) III tura yüksəlib. Roman Qriqorçukun komandasının bu mərhələdəki rəqibi də bəlli olub. Təmsilçimiz III turda Kiprin “Apollon” klubu ilə üz-üzə gələcək.

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov dünən baş tutan oyun və qarşıdakı görüşlər barədə öz fikirlərini bölüşüb. Publika.az-a açıqlama verən vitse-prezident gərgin oyuna baxmayaraq, komandanın yaxşı çıxış etdiyini dedi: “Doğurdan da, çox gərgin oyun keçdi. Birinci görüşümüz bizim üçün bir o qədər uğurlu alınmamışdı, öz oyunumuzu göstərə bilməmişdik. Buna baxmayaraq, komandamıza çox güvənirdik. Növbəti mərhələdə komandamızdan daha yaxşı oyun gözləyirik. Bilirsiniz ki, növbəti mərhələdəki rəqibimiz Kiprin “Apollon” klubu olacaq. Bu görüşün hər iki komanda üçün çətin olacağını bilirik”.

Klub rəsmisi futbolçuları mükafat gözlədiyini, bu barədə klub prezidentinin də məlumat verdiyini vurğulayıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm