Rövnəq Abdullayev Dünya Çempionatından danışdı
Bizi izləyin

İdman

Rövnəq Abdullayev Dünya Çempionatından danışdı

Milli komandamızın maraqlı oyunların keçiriləcəyi qrupda yer aldığını düşünürəm.

AZƏRTAC xəbər verir ki, bu fikirləri 2018-ci il futbol üzrə dünya çempionatı seçmə mərhələsinin püşkatmasının nəticələrini şərh edərkən AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Sankt-Peterburqdakı mərasimdə iştirak edən AFFA-nın rəhbəri affa.az saytına Azərbaycan milli komandasının mübarizə aparacağı qrupla bağlı fikirlərini bildirib: “San-Marino yığmasının digər rəqiblərimizlə müqayisədə ən aşağı reytinqə sahib olduğu məlumdur. Şimali İrlandiya yığması ilə ötən seçmə mərhələdə qarşılaşmışıq, Norveç komandası ilə hazırkı seçmə mərhələdə artıq iki oyun keçirmişik və bu komandaları yaxın keçmişin tanış rəqibləri adlandıra bilərik. Çexiya yığması son dövrlərdə çox yüksək nəticələrə nail olmasa da, müxtəlif vaxtlarda bu komandanın mötəbər turnirlərdə gözəl oyunlarını izləmişik. Son dünya çempionatının qalibi olmuş Almaniya milli komandası barədə hər hansı xüsusi fikir bildirməyə ehtiyac duyulmadığını düşünürəm. Ümidvaram ki, millimiz dünya çempionatının seçmə mərhələsində əldə etdiyi nəticələrlə azarkeşlərə sevinc bəxş edəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm