Milllinin oyunçusu: “Sadəcə bir rəqib ...”
Bizi izləyin

İdman

Milllinin oyunçusu: “Sadəcə bir rəqib ...”

“Çox çətin qrupa düşmüşük”.

Bunu Azərbaycan yığmasının və "Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov millimizin Dünya Çempionatındakı qrupu haqqında fikir söyləyərkən bildirib.

Ə.İsmayılov Publika.az-a açıqlamasıbnda bildirib ki, qrupda bir rəqibdən başqa hamısı güclü komandalardır:

“San-Marinodan başqa bütün rəqiblərimiz çətindir. Yalnız San Marino digərlərindən geri qalır. Çox çətin olacaq. Real götürsək, dünya çempionatına vəsiqə qazanmaq şansımız çox azdır. Eyni zamanda bizdən də sürpriz gözləmək olar. Elə bir müddət öncə AÇ-2016-nın seçmə mərhələsində də rəqibimiz olan Norveçdən səfərdə xal almışdıq. Bunu bizdən çox az adam gözləyirdi”,

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində Almaniya, Şimali İrlandiya, Çex Respublikası, Norveç və San Marino ilə mübarizə aparacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm